Новости
Фото
“Ekoloji Kataliz” laboratoriyasının elmi işçisi ezamiyyətdə
Мая 06, 2019 | 13:03 / Важные события
Прочитано 5315 раз (-а)

İnstitutumuzun “Ekoloji Kataliz” laboratoriyasının elmi işçisi Elmir Babayev SOCAR-ın Elm Fondunun dəstəyi ilə “V, P, Mo, Sb oksid katalizatorların fiziki-kimyəvi xassələri ilə katalitik aktivliyi arasında asılılığın müəyyən edilməsi” XL layihəsi çərçivəsində Almaniyanın Rostok şəhərində yerləşən Kataliz İnstitutunda (LIKAT, Rostock) uzunmüddətli elmi ezamiyyətdə olmuşdur.

Ezamiyyət müddətində gənc alim LIKAT-ın Bioəsaslı Homo- və Heterogen Kataliz şöbəsində məruzə ilə çıxış etmişdir. O çıxışını Azərbaycanın Respublikasının dövlətçilik tarixi, ərazi bütövlüyü və Qarabağ gerçəkləri, həmçinin ölkəmizin turizm potensialı, gəzməli-görməli yerlərimiz, eləcə də milli bayramlarımız və mətbəximiz haqqında təqdimatla başlamışdır. E.Babayev AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQKİ) yaranma tarixi haqqında məlumat vermiş, LIKAT və KQKİ-nin strukturunda olan oxşar və fərqli tərəfləri göstərmişdir.

Daha sonra məruzəçi İnstitumuzun son illərdə əldə etdiyi elmi nailiyyətlər, görkəmli kimyaçı alimlərimiz, impakt faktorlu jurnallarda çap olunmuş elmi əsərlər, təhsil və tədqiqat imkanları barədə, həmçinin çalışdığı “Ekoloji Kataliz” laboratoriyasında aparılan elmi-tədqiqat işləri, o cümlədən öz elmi fəaliyyəti – KQKİ və LIKAT-da əldə etdiyi elmi nəticələr barəsində də geniş məlumat vermişdir. Təqdimat auditoriya tərəfindən maraqla qarşılanmış və məruzəçi ona ünvanlanan müxtəlif səpkili sualları cavablandırmışdır. Sonda xatirə şəkilləri çəkilmişdir.