Обьявления
II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsini “online” rejimdə distant əlaqə yaradaraq 22 may tarixində keçiriləçək.
Мая 21, 2020 | 12:55
Прочитано 518 раз (-а)

“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya”, “Yüksək­molekullu birləşmələr kimyası” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilmə­si” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II  kurs  magistrantlar tərəfindən yerinə yetirilmiş  dissertasiya  işlərinə elmi rəhbərlər müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyə etmişlər. Rəhbərlərin tövsiyyələrini nəzərə alaraq,

 - “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə Həsənov Gündüz Faiq  oğlu  k.ü.f.d.,dos. Vaqif  Qasımovun rəhbərliyi  ilə “Qalay və qurğuşun sulfidlərinin lantanoidli üçlü birləşmələrin sintezi və   quruluşunun  tədqiqi” mövzusu üzrə;

- “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə Rəhimzadə Telli Əlizamin qızı  k.ü.f.d.,dos. Lətifə Həsənovanın rəhbərliyi ilə “Dəmirporfirin kompleksləri əsasında biomimetik katalizatorun sintezinə multidissiplinar yanaşma” mövzusu üzrə;

- “Fiziki-kimya” ixtisaslaşması üzrə  Abışova Nuray Rafiq qızı  k.ü.e.d. Akif  Əliyevin  rəhbərliyi  ilə “Suyun reduksiya  prosesi üçün nikel və kobalt əsasında  elektrod materiallarının sintezi”  mövzusu üzrə;

- “Yüksəkmolekullu birləşmələr kimyasi” ixtisaslaşması üzrə  Quliyeva Cəmilə  Elşən qızı k.ü.f.d. Samirə Məmmədovanın rəhbərliyi  ilə “Levofloksasinin immobili­zasiyası üçün xitozan və  poli-4-vinilpiridin əsasında  polimer nanogellərin sintezi  və  tədqiqi” mövzusu üzrə;

- “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşması üzrə  Rüstəmli Xədicə Mübariz qızı  t.ü.f.d., dos. Qoşqar Əliyevin rəhbərliyi  ilə  “Metanolun katalitik oksidləşməsi  prosesinin riyazi modelləşdirilməsi və texnoloji  parametr­lərinin hesablanması” mövzusu üzrə;