Обьявления
AMEA və TÜBİTAK-ın layihə müsabiqəsinin qalibləri müəyyənləşib
Апр 30, 2020 | 16:15
Прочитано 2071 раз (-а)

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi başa çatıb.

Azərbaycan alimləri tərəfindən AMEA-ya 58 layihə təqdim edilib.

Müsabiqənin şərtlərinə əsasən hər iki təşkilata təqdim edilmiş layihələr öncə ekspertizadan keçirilir. Təqdim edilmiş layihələrdən 5-i ilkin mərhələdən keçməyib, 53 layihə isə texniki qiymətləndirmə üçün qəbul edilib.

Qalib layihələrin siyahısı ilə buradan tanış olmaq olar.