AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində 2019- cu ilin 14 oktyabr tarixindən etibarən AMEA elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün iş yerlərində “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirəcəkdir.
Окт 09, 2019 | 09:52
Окт 09, 2019 | 09:52
Прочитано
2160 раз (-а)
Məruzəçi: Cəmilə Yusifova – AMEA MEK-in İnnovasiyaların hazırlanması və tətbiqi bölməsinin müdiri, EILF.net-in Azərbaycan Resbuplikası üzrə milli əlaqələndiricisi.
Təlimin mövzuları:
1. Müasir rəqəmsal kitabxanaların işləmə mexanizmləri. EBSCOhost nəşriyyatının təqdimatı.
2. MEK-də açıq elektron resurslardakı tammətnli məqalələrdən elmi araşdırmalar üçün istifadə imkanları.
3. Beynəlxalq nəşriyyatlarda məqalələrin nəşri üçün jurnal seçimi üzrə məlumatlandırma.
Hər təşkilat üçün təlim günü və saatı (14.00-17.00 vaxt çərçivəsində) ilə bağlı Cəmilə Yusifova ilə əlaqə saxlaya bilərsiniz:
Tel: (012) 539-07-91 (1309); (050)682-07-20 ebsco.electronresources@gmail.com