Обьявления
"Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" və “Yırtıcı jurnallarla mübarizə”
Сен 27, 2019 | 14:37
Прочитано 2105 раз (-а)

1 oktyabr saat 1430 -da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Akt zalında "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" və “Yırtıcı jurnallarla mübarizə” adlı seminar keçiriləcəkdir.

Seminar zamanı İneş Kenjina “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərə aid izahatlar veriləcəkdir.

Təlimin müddəti 2 saat olub rus dilində aparılacaq.

Seminarda məruzəni Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina edəcəkdir.