Обьявления
“Gənc kimyaçılar elmdə” respublika müsabiqəsi elan edilir
Апр 25, 2019 | 10:01
Прочитано 292 раз (-а)

D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsi elan edir.

AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 25 may 2019-cu il tarixinədək AMEA-nın Kimya Elmləri Bölməsinə təqdim edilməlidir:

- AMEA prezidentinin adına ərizə;

- Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya Elmi Şuranın protokolundan çıxarış;

- elmi əsərlərin təsdiq olunmuş siyahısı;

- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;

- şəxsi məlumatlar (CV).

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

- I yer – 1000 manat;

- II yer – 700 manat;

- III yer – 500 manat.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30, ( 403-cü otaq, AMEA-nın Kimya Elmləri Bölməsi).

Tel.: (+994 12) 492 15 56;

E-mail: keb-chemistry@rambler.ru