Обьявления
“Gənc qadınlar elmdə” müsabiqəsinin əsasnaməsi
Фев 07, 2019 | 13:02
Прочитано 2872 раз (-а)

1. “Gənc qadınlar elmdə” müsabiqəsi aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc qadınların elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir.
2. AMEA-nın həqiqi və müxbir üzvləri, habelə AMEA-nın elmi müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən, yaşı 35-dək olan AMEA-nın qadın alimləri Müsabiqədə iştirak edə bilərlər.
3. Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
– AMEA prezidentinin adına ərizə;
– namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat);
– tərcümeyi-hal;
– elmi əsərlərinin təsdiq olunmuş formada siyahısı;
– elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;
– şəxsiyyət vəsiqəsinin surəti.
4. Müsabiqəyə təqdim olunmuş işlərin qiymətləndirilməsi üçün Ekspert komissiyası yaradılır.
5. Ekspert komissiyası müsabiqəyə təqdim olunmuş işlərin qiymətləndirilməsini təmin edir və ən yüksək nəticələr göstərmiş namizədlər haqqında müvafiq rəyini AMEA-nın Rəyasət Heyətinə təqdim edir.
6. “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri AMEA-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilir.
7. Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılır:

I yer – 3000 manat;
II yer – 2000 manat;
III yer – 1500 manat.
8. Müsabiqənin qalibləri haqqında məlumat AMEA-nın mətbu orqanında dərc edilir.