Xəbərlər
FotoVideo
Yeni material mexaniki təsir altında daha möhkəm olur.
Fev 06, 2019 | 12:19 / Maraqlı məlumatlar
Oxunub 3951 dəfə

Yapon alimləri hər bir mexaniki təsir nəticəsində daha möhkəmlənən materiallar almağı öyrəndilər. Bu  idea insanların məşq edərkən, əzələlərinin güclənməsinə əsaslanır. Xokkaydo Universitetindən alimlərinin fikrinə görə, onları bu materialları yaratmağa gətirib çıxaran səbəb, əzələ toxumasının quruluşu olub.

Çox yüklənmə olanda əzələlərdə zülal liflərinin qismən dağılması və daha qüvvətli, möhkəm yeni zülal liflərin əmələ gəlməsi baş verir.  Yapon alimləri bu cür yanaşma ilə 2 polimer komponent əsasında (1-ci komponent davamlı, sərt, 2-ci komponent elastik, dartılan) hidrogel aldılar.

Müəlliflər əmindirlər ki, bu üsul, gələcəkdə öz-özünə bərpa  olunan, elastik və möhkəm materialların yaradılmasında tətbiq oluna bilər. Həmçinin, pobototexnikada və məhv olmuş əzələlərin tibbi bərpası üçün də istifadə edilə bilər.

Bu materialların alınma texnologiyası Science jurnalında dərc olunmuş məqalədə öz əksini tapmışdır.

JURNALLAR
Faydalı linklər