Xəbərlər
Kimya Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub
Yan 31, 2019 | 17:30 / Konfranslar, iclaslar
Oxunub 234 dəfə

Yanvarın 31-də AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) büro iclası keçirilib.

Rəyasət Heyətində baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, KEB-in akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev, büro üzvləri və aidiyyatı əməkdaşlar iştirak ediblər.

İclası akademik V.Fərzəliyev açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra 2018-2019-cu tədris ili üçün Kimya Elmləri Bölməsinin elmi müəssisələrində elmlər doktoru proqramı üzrə doktoranturaya 5, dissertanturaya 8 və fəlsəfə doktoru proqramı üzrə dissertanturaya təqdim olunmuş 17 nəfərin mövzusu müzakirə edilib.

Müzakirələrdə akademiklər - Dilqəm Tağıyev, Vaqif Fərzəliyev, Vaqif AbbasovƏjdər Məcidov, AMEA-nın müxbir üzvləri - Bəxtiyar MəmmədovHafiz ƏlimərdanovMəhəmməd Babanlı və digərləri iştirak ediblər.

Müzakirəyə çıxarılmış bütün mövzular büro üzvləri tərəfindən təsdiq olunub.

Daha sonra iclasda akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 2019-cu il üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin planı təsdiqlənib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2017-ci ildə keçirdiyi müsabiqələrin qalibi olmuş 7 layihənin icrası haqqında yekun hesabatlar dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

science.gov.az

JURNALLAR
Faydalı linklər