Azərbaycan Kimya Jurnalının 4-cü sayı çapdan çıxıb
Yan 25, 2019 | 10:26 / Nəşrlər
Yan 25, 2019 | 10:26 / Nəşrlər
Oxunub
4181 dəfə
Azərbaycan Kimya Jurnalının 2018-ci il üçün 4-cü sayı işıq üzü görüb. Jurnal ingilis dilində dərc edilir. Jurnalın bu nömrəsində nüfuzlu alimlərin kimya elminin müxtəlif sahələri üzrə məqalələri yer alıb.
Nəşrin baş redaktoru M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev, məsul katibi “Elmi nəşrlər” şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Rəna Mirzəyevadır.
Azərbaycan Kimya Jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.