Xəbərlər
Yeni bir kimyəvi rabitə təklif olunub
Dek 25, 2018 | 12:03 / Maraqlı məlumatlar
Oxunub 4036 dəfə

Axenin (Almaniya) Reyn-Vestfaliya Texniki Universitetinin kimyaçıları kimyəvi rabitənin yeni bir növü olan metavalent rabitəni təklif etdilər. Xassələrə görə o, kristallik qəfəsdəki metal rabitə ilə kovalent rabitə arasında yerləşir. Bu rabitəyə malik olan birləşmələr texnoloji tətbiq baxımından maraqlı olan bir çox xüsusiyyətləri ilə xarakterizə olunur.      

Tədqiqatın nəticələri “Advanced Materials” jurnalında dərc olunub.

JURNALLAR
Faydalı linklər