Xəbərlər
İnstitutun əməkdaşlarının "Thermodynamic Properties of Tl9GdTe6 and TlGdTe2" məqaləsi Impakt Faktorlu (CA) "Russian Journal of Physical Chemistry A" jurnalında dərc olunmuşdur
Dek 13, 2018 | 14:49 / Mühüm hadisələr
Oxunub 4275 dəfə

Elektrik hərəkət qüvvəsi metodundan istifadə etməklə 300-4500C temperatur intervalında Tl2Te–Tl2Te3–TlGdTe2 sisteminin termodinamiki tədqiqinin nəticələri verilmişdir. GdTe elektrodu ilə müqayisədə konsentrasiya elementləri üçün GdTe və Gd-nin ərintilərdə qismən termodinamiki funksiyaları ilk dəfə elektrik hərəkət qüvvəsi metodu ilə müəyyən edilmişdir. Tl9GdTe6  və TlGdTe2 birləşmələrinin əmələ gəlməsinin standart termodinamiki funksiyaları və standart entropiyaları alınmış nəticələrə əsasən hesablanmışdır.

"Thermodynamic Properties of Tl9GdTe6 and TlGdTe2" S. Z. Imamaliyeva, D. M. Babanly, T. M. Gasanly, D. B. Tagiyev, and M. B. Babanly. Russian Journal of Physical Chemistry A, 2018, Vol. 92, No. 11, pp. 2111–2117.

JURNALLAR
Faydalı linklər