Xəbərlər
Sellülozun yenidən yığılması onu poladdan güclü etdi
May 21, 2018 | 10:38 / Maraqlı məlumatlar
Oxunub 3966 dəfə

Stokholmdakı Kral texnoloji institutundan Daniel Soderberqin rəhbərliyi altında ABŞ, İsveç, Almaniyanın bir qrup alimləri sellüloza lifləri əsasında möhkəm materialın yaranması üçün yeni yanaşma tədbiq etdilər. Belə ki, onlar bitkilərdə geniş yayılmış struktur elementlərdən  birini, yəni ilkin material kimi norveç küknarı və adi şamın ağac liflərinin qarışığını götürdülər və bir neçə mərhələdə kimyəvi işləmədən sonra elektrostatik itələməyə görə yapışmayan, uzunluğu təxminən yarım mikrometr olan nanoliflərdən ibarət suspenziya aldılar.

Bütün lifləri bir-birinə nisbətən düzləndirmək üçün tədqiqatçılar maye axınındakı hidrodinamik tənzimləmədən istifadə etdilər.

Ötən il Daniel Soderberqin qrupu hörümçək inək zülalı ilə birləşdirilən sellüloza lifləri əsasında başqa bir davamlı material sintez etdilər.

JURNALLAR
Faydalı linklər