News
Photo
İnstitutun əməkdaşları Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransında iştirak ediblər
Apr 19, 2019 | 13:00 / Conferences, assemblies
Read 5032 time (-s)

15-19 Aprel 2019-cü ildə Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransı keçirilmişdir. Həmin konfransda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvi, k.e.ü.d. professor Eldar Zeynalov və k.ü.f.d. dosent  Elçin Hüseynov iştirak ediblər.

Konfransın açılışını giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov etmişdir. Sonra AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyası­nın Molekulyar Biologiya və Biotexnolo­giyalar İnstitutunun direktoru akademik İradə Hüseynovaya, daha sonra AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov, SOKAR-ın şöbə müdiri, Bakı Dövlət və Azərbaycan Dövlət Neft və SənayeUniversitetlərin prorektorları və diğər alimlər çixiş ediblər.

Konfransda “Kimya və kimya mühəndisliyində perspektivlər”, “Keyfiyyətli enerji, keyfiyyətli xidmət” və “Yüksək texnolo­giyalar və innovativ tətbiqlər”  bölmələrində məruzələr dinlənilmişdir.

JOURNALS
Useful links