News
Photo
13 mart 2019-cu ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Yeni Azərbaycan Partiyası İlk Təşkilatının iclası keçirilmişdir
Mar 13, 2019 | 15:00 / Conferences, assemblies
Read 5062 time (-s)

İclası giriş sözü ilə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutunun elmi İşlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açdı. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında olan misilsiz xidmətlərindən və onun siyasətinin uğurlu davamçıları olan prezident  İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın elmə olan xüsusi diqqət və qayğısından bəhs etdi. Daha sonra danışmaq üçün sözü YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədova verdi. Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Heydər Əliyevin Azərbaycan Dövləti və dövlətçiliyini qorumaq üçün keçdiyi çətin və şərəfli yoldan, dövlətimiz qarşısında böyük xidmətlərindən fəxarətlə danışdı.

Sonra YAP ilk təşkilatın sədri Hacıyev Məhyəddin gündəlikdə duran məsələlər keçdi. YAP sıralarına daxil olmaq arzusunda olan əməkdaşların ərizələrini iştirakçıların nəzərinə çatdırdı. Səsvermə yolu ilə İnstitutun 10 nəfər əməkdaşı partiya sıralarına qəbul edildi. Sonda cari məsələlər müzakirə olundu.

JOURNALS
Useful links