News
Photo
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 1 Mart – Ümumdünya Mülki Müdafiə günü “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilmişdir
Mar 01, 2019 | 11:16 / Conferences, assemblies
Read 4482 time (-s)

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 2019-cu il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, İnstitutda 01 mart 2019-cu il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbirlər yüksək səviyyədə hazırlanıb və keçirilmişdir.

Nəzərdə tutulmuş tədbirin keçirilməsi üçün Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən tədbirlər planı hazırlanmışdır.

Fövqəladə Hallar Komissiyasının üzvlərinin, qrup rəhbərlərinin “1 Mart - Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbirlərin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə İnstitutun elmi işlər üzrə direktor müavini - Fövqəladə Hallar Komissiyasının sədri (M.Babanlı) və Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən təlimatlandırılıblar. Tədris qruplarının rəhbərləri şəxsi heyətlə mövzu ilə əlaqədar söhbətləşmə aparıblar, Mülki Müdafiəyə dair normativləri qəbul ediblər.

İnstitutun akt zalında “1 Mart – Ümumdünya Mülki Müdafiə günü” nə həsr olunmuş toplantı keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini - Fövqəladə Hallar Komissiyasının sədri (M.Babanlı) toplantının açılışını elan edib və Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən - “1 Mart – Ümumdünya Mülki Müdafiə günü” - “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz”  mövzusunda  məruzə edilib.

İnstitutun dəhlizində Mülki Müdafiə əmlakının sərgisi təşkil edilib.

İnstitutun dəhlizindəki elanlar lövhəsində “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş sənədlərin nümayişi təşkil edilib.

Tədbirlərə rəhbər heyət, MM qüvvələrinin şəxsi heyəti və MM qüvvələrinə daxil olmayan işçilər cəlb olunmuşdur.  

JOURNALS
Useful links