News
Unudulan soyqırımlar təkrarlanır
Feb 26, 2019 | 11:00 / Conferences, assemblies
Read 2898 time (-s)

25 fevral 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının Kiçik Akt zalında AMEA A.Bakixanov adına Tarix İnstitutu Qadınlar və Gənc Alimlər Təşkilatlarının dəstəyi ilə Xocali Soyqırımına həsr edilmiş tədbir keçirmişdir. Tədbiri giriş özü ilə A.Bakixanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açdı. Bir dəqiqəlik sükutla Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsi yad edildi. Daha sonra natiq Xocalı faciəsinin əslində bizim hüzn və sınıq yerimiz deyil, bütün çətinliklərə baxmayaraq var olan, ayaqda olan xalqımızın əzmli qürur günü hesab etdiyini söylədi. Çünki əli yalın kənd camaatı mənfur erməni qarşısında torpaqlarını buraxıb qaçmadı, öz torpağında şəhid oldu. Daha sonra çıxış üçün söz tarix və siyasət üzrə alimlərə, elm xadimlərinə, Xocalı faciəsiniöz gözləri ilə görmüş canlı şahidlərə verildi. Xocalı soyqırımının əslində 26 fevral 1992-ci il tarixi ilə hüdudlanmadığı, 100 ildən çoxdur Azərbaycan xalqının məqsədli, planlı şəkildə soyqırıma məruz qaldığı, 1905-ci il hadisələrinin, 1918-ci il mart soyqırımının davamı olduğu qeyd edildi. Unudulan soyqırımlar təkrarlanır. Xocalını unutmayaq, Xocalını və Qarabağımızı mənfur ermənilərdən azad edək ki, şəhidlərin ruhu şad olsun kimi fikirlər səsləndi. Hər bir Azərbaycanlının ürəyində yara olan Xocalı dərdi geniş müzakirələrə səbəb oldu. Hamı öz ürək sözlərini bildirdi. AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunu tədbirdə Qadınlar Təşkilatının üzvü M.Həmidova təmsil etdi.

JOURNALS
Useful links