News
İnstitutun aparıcı elmi işçisinin Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində hesabat məruzəsi dinlənilmişdir.
Jul 26, 2016 | 11:47 / Important events
Read 4793 time (-s)

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində elmi-tədqiqat fəaliyyətinin 2 aylığını əhatə edən   hesabat məruzəsi ilə çıxış etmişdir.  Hesabatda  2 ay ərzındə görülən elmi-tədqiqat işlərinin nəticələri, o cümlədən doksorubisin antibiotikinin uzun müddətli ayrılması üçün makromolekul sonluğunda peptid qrupları saxlayan polietilenqlikol əsaslı temperatura həssas hidrogelin sintezi və quruluş tədqiqatları öz əksini tapmışdır. Tədqiqatçı polietilenqlikolun metil efirinin aminləşməsi, L-alanin və L-aspargin turşusunun 4-benzil efirinin N-karboksianhidridlərinin alınması və bu anhidridlərlə  polietilenqlikolun metil efirinin aminli törəməsinin tsiklin açılması ilə gedən polimerləşmə reaksiyaları ilə hidrogelin sintezi haqqında ətraflı məlumat vermişdir.Alınmış hidrogelin struktur quruluşunun nüvə-maqnit rezonansı, skanedici elektron mikroskopu, furye çevrilməyə malik infraqırmızı spektroskopiya və tranmissiyalı elektron mikroskopu vasitəsilə aparılan analizlərinin   nəticələri müzakirə edilmiş və alınan nəticələrin qənaətbəxş olduğu bildirilmişdir.

Qeyd edək ki, Şamo Tapdıqov AMEA Rəyasət Heyətinin dəstəyi  ilə Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində uzunmüddətli elmi ezamiyyədədir.

JOURNALS
Useful links