News
Plastiki yanacağa çevirən bir üsul ixtira edildi
Feb 12, 2019 | 11:25 / Interesting information
Read 3539 time (-s)

ABŞ-ın Perdyu Universitetinin mütəxəssisləri plastikin  yeni emal üsulunu nümayiş etdirdilər. Onlara görə bu üsulun köməyilə plastikdən yanacaq, təmiz polimerlər və ya monomerlər almaq olar. Onlar ümid edirlər ki, bu təkrar emal sənayesinin  başlanğıci ola bilər.

Emal prosesini hidrotermal sıxılma adlandırırlar (hydrothermal liquefaction). Alimlərin fikrincə, polimerlər yüksək temperaturda əriyir və ifrat kritik suda (maye və qaz fazaları arasındakı fərq yox olan maddə vəziyyəti) həll olurlar. Plastik kütlə naftaya (maye karbohidrogenlərin yanan qarışığı ) çevrilən kimi onu, artıq xammal kimi istifadə etmək olur və ya sonradan onu başqa məhsullara ayırmaq olur.

Tədqiqatçılar, ətraf mühitin gələcəyi ilə əlaqədar narahat olduqları üçün, bu mövzu ilə məşgul oldular. Məlumdur ki, okean sularına səkkiz milyon ton adi plastik daxil olur və canlı orqanizmlərin çirklənməsi tədricən artır. Orqanimzlərdə getdikcə daha çox mikroplastik izlər tapılır. Ona görə də, bu problemin həlli çox vacibdir.

Alınmış nəticələr ACS Sustainable Chemistry & Engineering jurnalında nəşr olunub.

JOURNALS
Useful links