News
Photo
Aprelin 26-da Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan V Respublika Müsabiqəsi yekünuna həsr olunan təntənəli konfrans
Apr 26, 2018 | 13:00 / Important events
Read 5003 time (-s)

Aprelin 26-da Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan ixtiraçılıq sahəsində nailiyyətlərə görə “İlin Patenti” nominasiyası üzrə V Respublika Müsabiqəsi yekünuna həsr olunan təntənəli  konfrans “Fairmont Baku, Flame Towers” mehmanxanasının “Nizami Gəncəvi” zalında keçirildi.

Müsabiqədə institutumuzun əməkdaşları Babanlı D.M., Tağıyev D.B., İmaməliyeva S.Z., Babanlı İ.M., Əsədov M.M. tərəfindən təqdim olunan “ Kristallaşma prosesinin idarə olunması üsulu” adlı patenti ( İ 2017 0056) 2-ci dərəcəli diploma və müvafiq məbləğdə pul mükafatına , Əliyev A.M., Şabanova Z.A., Kərimov Ə.İ., Nəcəfquliyev Ü.M., tərəfindən təqdim olunan “1- Metiltsikloheksodien -1,3-ün alınma üsulu“adlı patenti ( İ 2017 0025) həvəsləndirici yer tutmuş müvafiq məbləğdə pul mükafatına layiq görülmüşdür.

 

JOURNALS
Useful links