News
Photo
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 yanvar hadisələrində şəhid olanların ruhu ehtiramla anıldı
Jan 19, 2018 | 12:25 / Conferences, assemblies
Read 6417 time (-s)

Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 28 il keçir. AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev  tədbiri giriş sözü ilə açaraq bildirdi ki,  90 – cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu qanunsuz olaraq Bakı şəhərinə hücum etdi, Qarabağ uğrunda və azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Akademik bildirdi ki, hadisələrə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyev verdi. Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək imperiyanın mərkəzində o vaxtkı Sovet rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi. Akademik Dilqəm Tağıyev gəncləri tariximizin şanlı və şərəfli səhifəsini  unutmamağa çağırdı.

Tədbirdə, Həmkarlar Təşkilatının sədri, professor Arif Əfəndiyev, Gənc Alim və Mütəxəsisslər Şurasının sədri  Faiq Məmmədov, mühəndis Sima Əliyeva və başqaları çıxış etdilər və vurğuladılar ki, xalq bu faciəni heç vaxt unutmayacaq! Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca qəlbimizdə yaşayacaqlar.

 

JOURNALS
Useful links