News
Kurt Alder
Dec 19, 2017 | 11:10 / Interesting information
Read 4463 time (-s)

Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta (indiki Polşanın Xojuv şəhə-rində) anadan olmuşdur. (1902-ci ilin iyulun 10-da). 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır.

1936-1940-cı illərdə Leverkuzendə “İ.Q. Farben industri” konserninin şöbəsinin elmi rəhbəri, 1940-cı ildən Köln universitetinin kimya institutunun direktoru olmuşdur.

Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur.

1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik  strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).

Gərilmiş əlaqəli üzvi birləşmələrin reaksiya qabiliyyətlərini və reaksiyaların getməsinin stexiometrik xüsusiliyini öyrənmişdir. Dien sintezinə əks olan reaksiyanın

(retrodien parçalanması) mümkünlüyünü müəyyən etmiş və onun geniş istifadə  imkanlarını göstərmişdir. En sintezi reaksiyasını kəşf etmişdir. Bu reaksiya allil hidrogen atomu olan olefinlərin dienofilə birləşmə reaksiyasıdır.

1940-cı ildə Alder müəyyən etmişdi ki, tsiklopentadien qızdırıldıqda özünə vinilasetatı birləşdirərək doymamış asetat əmələ gətirir ki, o da doymamış spirtə çevrilə bilir.

1956-cı ildə tsiklopentananun alınma üsulunu işləyib hazırlamışdır.

Alder 1950-ci ildə “dien sintezinin kəşfi və inkişafına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Alder Alman kimya cəmiyyətinin Emil Fişer medalı ilə də təltif olunmuşdur. Ona Köln və Salamanksk universitetlərinin tibb fakultələrinin fəxri dərəcələri verilmişdir.

Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır.

1957-ci ildə həkimlər ona “orqanizmin tükənməsi” diaqnozunu qoymuşdur. Alder 1958-ci ilin iyunun 20-də 55 yaşında vəfat etmişdir. 

JOURNALS
Useful links