News
Photo
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi
Nov 07, 2017 | 12:06 / Conferences, assemblies
Read 7442 time (-s)

Azərbaycan Milli Elmlər Akademiyası  akademik M.Nağıyev adına Kataliz  və  Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə institutunun direktor müavini,  AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açdı. O, İspaniyanın Donostia Beynəlxalq Fizika (DBFM) mərkəzi haqqında məlumat verərək bildirdi ki, mərkəz yeni nəsil qeyri-üzvi funksional materiallar- topoloji izolyatorlar və Raşba yarımkeçiricilərinin alınması, tədqiqi üzrə dünyanın onlarla elmi tədqiqat laboratoriyalarının birgə tədqiqatlarını koordinasiya edir.  Kataliz  və  Qeyri-Üzvi Kimya İnstitutu DBFM ilə yeni funksional materialların nəzəri proqnozlaşdırılması, alınması, dizaynı, xarakterizə olunması və tətbiqi imkanlarının öyrənilməsi istiqamətində geniş elmi əməkdaşlıq edir. Bu əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə 2015-cı ildə İnstitutla DBFM arasında “Kvant Kompütinqi və Spintronika üçün Qabaqcıl Materiallar” beynəlxalq laboratoriyası yaradılmışdır. Məhəmməd Babanlı qeyd etdi ki, bu gün məruzə edəcək həmin mərkəzin professoru Evgeni Çulkov dünyada nəzəri fizika sahəsində nüfuzlu alimlərdəndir və onun Bakıya hazırki səfərində məqsəd  birgə aparılan elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmək, gələcək tədqiqatları,  elmi əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Sonra İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzindən dəvət olunmuş prof. Evgeni Çulkov "Kvant spini fizikasında son nailiyyətlər və topoloji izolyatorlarda anomal Holl effektləri" mövzusunda məruzə ilə çıxış etdi.Məruzə ətrafında geniş müzakirələr aparıldı. 

JOURNALS
Useful links