News
Buxner Eduard
Nov 02, 2017 | 10:20 / Interesting information
Read 4149 time (-s)

Eduard Buxner alman kimyaçısıdır, 1860-cı il may ayının 20-də Münxendə anadan olmuşdur. 1888-ci ildə o, Münxen Texniki Universitetinə  daxil olur və burada kimyanı öyrənməyə başlayır. Hələ universitetdə oxuyarkən Buxner spirtə qıcqırma prosesini tədqiq etməyə başlayır.

O, oksigenin iştirakı ilə qıcqırma prosesini tədqiq edir. Onun apardığı tədqiqatlar göstərir ki, oksigen iştirakı ilə qıcqırma getməsini inkar edən hipotez yanlışdır.

1888-ci ildə Buxner doktorluq dərəcəsi alır. Şəxsi ianələr hesabına Buxner kiçik laboratoriya yaradır və burada qıcqırma kimyası sahəsində tədqiqatlarını davam etdirir. 1893-cü ildə o, Münxendən gedərək Kil Universitetində analitik kimya bölməsinə rəhbərlik edir, 1895-ci ildə universitetin professoru olur. Sonrakı ildə Buxner Tyubingen Universitetində analitik kimya və farmakalogiyadan dərs verir.

1893-cü ildə Buxner maya hüceylərinin daxili mayesinin təmiz nümunəsini almaqla qıcqırmaya kömək edən aktiv maddəni tapmaq qərarına gəlir.

O, asistenti Martin Xanın təklif etdiyi üsuldan istifadə edərək həvəngdə mayaları qum və torpaq ilə birlikdə xırdalayır. Beləliklə o, yüksək  temperaturun dağıdıcı təsirindən qaçır və ondan əvvəlki tədqiqatçıların nəticələrinə  mənfi təsir edən  həlledicilərdən  istifadə etmir. Cunada təzyiq altında sıxılmış məsaməli maddə mayeni buraxır. Buxner ehtimal edirdi ki, bu maye qıcqırma törətmə qabiliyyətinə malikdir. Lakin sonralar o, Xan ilə birlikdə bu mayeni saxlamaq üçün ona saxarozanın qatı məhlulunu əlavə etdikdə karbon qazı ayrılır. Bu, heyrətləndirici idi, çünki maya hüceyrəli ölü olsalar da onların ayırdığı mayedə olan nəsə qıcqırma yaratmışdır. Buxner belə hipotez irəli sürür ki, aktiv maddə enzim və ya fermentdir və o, zimaza adlandırır.

Onun kəşfi o deməkdir ki, qıcqırma fermentin həm maya hüceyrəsinin daxilində, həm də xaricində kimyəvi aktivliyinin nəticəsidir. 1897-ci ildə Buxner çap etdirdiyi “maya hüceyrələri olmadan spirtə  qıcqırma haqqında” işi onun kolleqaları-alimlər arasında böyük mübahisəyə səbəb olur və sonrakı illərdə Buxner xeyli vaxtını sərf etdi ki, öz nəzəriyyəsini sübut etmək üçün materiallar toplasın.

1907-ci ildə Buxner “onun bioloji kimya üzrə apardığı elmi-tədqiqat işlərinə və hüceyrə xaricində fermentasiyanın kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülür.

Nobel mükafatı aldıqdan iki il sonra Buxner Breslau Universitetinə işə qəbul olunur. Birinci dünya müharibəsi başladıqda Buxner könüllü olaraq hərbi xidmətə gedir. 1917-ci ildə o, şrapnel gülləsindən avqustun 13-də həlak olur.

JOURNALS
Useful links