News
Photo
Hesabatların dinlənilməsi başa çatdı
Oct 31, 2017 | 15:50 / Conferences, assemblies
Read 7181 time (-s)

Bu gün Elmi Şurada  İnstitutun şöbə və  laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib.  İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı bildirdi ki, bu gün  “Sorbsiya prosesləri” şöbəsi üzrə  “Qeyri-üzvi sintetik sorbentlər” və “Mineral sorbentlər” laboratoriyalarının, həmçinin elmi-yardımçı qurumların (“Fiziki-kimyəvi analiz”, “Elmi-informasiya və patent tədqiqatları”, “Təhsil”, “Elmi nəşrlər”, ”Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbələri) hesabatları dinləniləcək. Sonra qeyd olunan laboratoriyaların  2017- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında laboratoriya rəhbərlərinin,  həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin, eləcə də elmi-yardımçı qurum rəhbərlərinin məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr  aparıldı.

Sonra Akademik Dilqəm Tağıyev yekun olaraq bildirdi ki, ümumilikdə 3 il ərzində institutda görülən elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmək olar. Akademik qeyd etdi ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı əsas güc Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin, o cümlədən respublikaya idxal edilən kimya məhsullarının yerli istehsalına nail olmaq, filiz və tullantı filizlərdən səmərəli istifadə, üzvi batareyaların və akustik antennaların hazırlanması, alternativ enerji mənbələri, korroziya məsələləri və hidrotexniki qurğuların qorunması, dəniz suyunun şirinləşdirilməsi, sudan hidrogenin alınması prosesi üçün effektiv katalizatorların axtarışı  və s. məsələlərin həllinə yönəldilməlidir.

JOURNALS
Useful links