News
Photo
“Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası ” şöbəsinin hesabatı dinlənildi
Oct 30, 2017 | 13:55 / Conferences, assemblies
Read 7023 time (-s)

Bu gün Elmi Şurada  İnstitutun şöbə və  laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. İclası açıq elan edən AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, bu gün “Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası” şöbəsi üzrə “Kimyəvi–texnoloji proseslərin modelləşdirilməsi”, “Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi”,  “Kimya sənayesinin yan məhsullarının emalı”, “Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi” laboratoriyalarının hesabatları dinləniləcək. Sonra qeyd olunan laboratoriyaların  2017- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev  proseslərin modelləşdirilməsi və texnologiyası  sahəsində tədqiqat işləri aparan laboratoriya rəhbərlərinə növbəti 3 illik iş planları hazırlanarkən respublika iqtisadiyyatını əhatə edən elmi-tədqiqat işlərinə üstünlıük verilməsi barəsində təkliflərini verdi. Sonda  hesabatların qəbul olunması haqqında qərar edildi. 

JOURNALS
Useful links