News
Teodor Uilyam Riçards
Oct 30, 2017 | 12:59 / Interesting information
Read 4609 time (-s)

Teodor Uilyam Riçards kimya üzrə Nobel mükafatı alan ilk amerikalı alimdir. O, 1868-ci ildə yanvarın 31-də ABŞ-ın Pensilvaniya ştatının Cermantun şəhərində anadan olmuşdur.

1885-ci ildə o, Harvard universitetinə daxil olur. 1886-cı ildə incəsənət bakalavrı, sonra incəsənət magistri  və 1888-ci ildə fəlsəfə doktoru olur.

Riçards 12 ay Almaniyada olur, görkəmli alim – kimyaçılar haqqında bütün mümkün olan məlumatları toplayır və  Harvarda qayıdaraq kimya müəllim vəzifəsini tutur, 1901-ci ildə isə  professor olur.

Atomlar sahəsində onun etdiyi kəşvlər elm üçün böyük əhəmiyyətə malik idi. Bütün bunlarla yanaşı, Riçards 30-dan çox elementin, o cümlədən oksigen, gümüş, xlor, yod, kalium, natrium və azotun dəqiq atom kütlələrini təyin etməyə imkan yaradan yeni üsulların  kəşfi ilə də məşğul olmuşdu.

Bu xidmətlərinə görə o, 1914-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdü. Amma Birinci Dünya Müharibəsi Stokholmda mükafatın təqdim olunma mərasimində onun iştirakına mane olur.

Qeyd edək ki, onun qısa bioqrafiyası insanı heyrətləndirir. Riçards müxtəlif universitetlərdə, o cümlədən Yelsk, Harvard, Kembric, Oksford, Mançester, Prinston və hətta Paris Universitetinin tibb, fəlsəfə, hüquq və kimya üzrə fəxri doktoru dərəcələrinə layiq görülmüşdü.

Məşhur kimyaçı alim 1928-ci ilin aprelin 2-də Kembricdə vəfat etmişdir.

JOURNALS
Useful links