News
Antik kimyaçılar
Oct 23, 2017 | 10:42 / Interesting information
Read 5001 time (-s)

Kimya kəlməsi latınca "alchemia" sözündən o isə Ərəbcə "əl-kimya" sözündən gəlir.  "Əl-kimya" isə öz növbəsində qədim Misirin adı olan və qara torpaq mənası daşıyan "keme" sözündən gəlir. Şumerlilər e.ə 3500-cü illərdə distillə, ekstraksiya, kristallaşdırma və sublimasiya kimi ayrılma üsullarını kəşf etmişdilər. Bu məqsədlər üçün istifadə olunmuş bəzi cihazlar bu gün də ABŞ və İraq muzeylərində sərgilənir. Makedoniyalı Iskəndər Misiri işğal edəndə bu üsullar artıq yaddan çıxmışdı. İskəndərin müəllimi olan Aristotel kainatdakı hadisələri təcrübə və müşahidələr ilə deyil, məntiqlə izah etməyi seçirdi. Bu səbəbdəndir ki, Aristotelin yazdığı kitablar 1600-cü illərə qədər elm dünyasını səhv yönləndirirdi. Məlumdur ki, kainatda mövcud olan hər şey çoxsaylı atomlardan ibarətdir. Aristotel isə cismlərin dörd əsas maddədən ibarət olduğunu yazırdı. Onun fikrincə kainatdakı hər şey torpaq, hava, su və oddan ibarət idi. Aristotel ağacın yanması zamanı əsəs tərkib hissələrinə ayrıldığını deyir və beləcə hər kəsi öz fikirlərinə inandırırdı. Aristotel cisimlərin fərqli olmasını onlardakı bu dörd əsas maddənin müxtəlif miqdarlarda olması ilə izah edirdi. Elə bu səbəbdəndir ki, antik dövrün kimyagərləri qurğuşunu qızıla çevirmək üçün onda olmayan hissəni yerinə qaytarıb onu qızıla çevirə bilməyin yollarını axtarırdılar.

Elə məlum olan ilk çinli kimyaçı Vei Boyanq hesab edilir. O 142-ci ildə yazdığı kitabda ilk dəfə olaraq  barıtın tərkibini açıqlayırdı. Misirli ilk kimyaçı isə 300-cü illərdə dünyaya gəlmiş Zoisom sayılır. Bilinən ilk əlkimya kitablarını yazan Zoisoun Yunanca yazdığı əsərləri antik Suriya və Bizansda tərcümə edilmişdir. Misirdəki bir digər kimyaçı Kleopatra adlı bir qadın filosof olub. 300-400-cü illərdə yaşamış bu qadının misir kraliçası Klepatra ilə heç bir əlaqəsinin olmadığını qeyd etməliyik.Həm Kleopatra həm də Zosimos öz kitablarında xəyali bir kimyaçı ilə kimyanın müxtəlif mövzuları ilə bağlı fikir mübadiləsi aparırlar. Belə dioloqların birində Kleopatra "bu dünyada alovla yanmayan heç birşey yetkin hesab edilə bilməz" ifadəsi işlətmişdir. Bu səhv fikir antik dövrün bir çox kimyaçıları tərəfindən bəyənilir. Bu səbəbdəndir ki,  o dövrün fəlsəfə daşı xəyalı ilə yaşayan kimyagərləri öz işlərində alovu çox tətbiq edirdilər.

Abbasilər və Əməvilər dövründə yaxşı kimyaçılar yetişmişdi. Abbasilər Aristotelin kitablarını ərəb dilinə tərcümə etmiş və onu "ilk öyrədici" adlandırmışdılar. Abbasilərin Bağdada gətirdikləri Farabi yazdığı kitablar ilə "ikini öyrədici" adını qazanır. Farabi polimat yəni hərtərəfli biri idi. Onun musiqi, fəlsəfə, riyaziyyat və kimya sahələrində 100-dən çox kitablarından biri olan "Əl-İksir-İlimi" ölümsüzlük iksiri haqqında idi. Qeyd etmək vacibdir ki, avropalılar kimyanı Fərabi, əl-Kindi, əl-Razi, İbn-i Sina və Cabir ibn Xəyyam kimi alımlərin  kitablarından öyrəndilər. Bu alimlər Aristotel təsirində olduqlarından ölümsüzlük iksirini və qurğuşunu qızıla çevirməyin yollarını da axtarırdılar. Cabir ibn Xəyyamın 22 kitabı kimyaya aid idi və onların bir çoxu latın dilinə tərcümə edildi. Onun böyük hesab edilə biləcək kəşfləri çoxdur. Gümüş-nitrat, civə oksidi, arsenli turşular, sulfat turşusu, sitrat turşusu, tartarat turşusu və "kral suyu" kimi tanınan və qızılı həll edən qarışığı o kəşf edib. Turşuları neytrallaşdıran maddələrə "əsas" adının verilməsi də onun adı ilə bağlıdır. Avropalılar Abbasi və Əməvi kitablarını Latın dilinə tərcümə etdikcə onlarda olan bilik qarşısında təəccüblənirdilər. Cabirin əsərləri Avropada ən çox axtarılan kitablardan idi. Avropalılar elə hesab edirdilər ki, qızıl əldə etməyin sirri bu kitabdadır.

Albert Maqnus Avropanın 1200-cü illərdə ilk kimyaçı din adamlarından idi. Öz dövründə onun fəlsəfə daşının sirrini açdığı günam edilirdi. İngiltərəli kimyagər Roger Bakon "Kimyanın aynası və dünyanın kökləri" adlı kitabında fəlsəfə daşının quruluşunu izah edirdi. Parasels dünyanın qeyri-adi kimyagərlərindən biri sayıla bilər. Almaniyada həkim və kimyaçı olaraq məhşurlaşan Parasels digər kimyaçıları savadsızlıqda günahlandırıb bir yerdə uzun müddət yaşamazdı. O həmkarlarına "qızıl yaratmaq işindən əl çəkin, dərmanlar yaradın" deyərdi. O Fransada, İspanyada, Macarıstan, Hoolandya və Rusiyada çalışıb. Istanbula gedib  Cabirin indi bilinməyən kitablarını araşdırdı. Sink metalınının latınca adı olan "Zincum" adını 1526-cı ildə o verdi. Parasels xaşxaş əsasında öskürək və ağrı dərmanı hazırladı. Beləcə Parasels kimyanın tibbdə tətbiqini həyata keçirərək müasir dərman kimyasının başlanğıcını qoymuş oldu.

Nikols Flemel Fransada yaşamış, fəlsəfə daşı və qızılı əldə edə bilmiş kimyaçı hesab olnunur. Həmçinin ölümündən sonra evinin dağıdılaraq gizlətdiyi qızılların axtarıldığı da məlumdur. Bunula yanaşı Flemelin ölmədiyi, 1418-ci ildə ölümsüzlük iksirini içərək uzun müddət Şaxta baba olaraq yaşadığına inanalar da var.

1200-1700-cü illərdə Avropada minlərcə kimyaçı ortaya çıxdı. Robert Boyl və Nyuton kimi məhşurların da öz dövründə qızıl axtarışı ilə məşğul olduqları məlumdur.

Beləliklə, antik dövrün kimyaçıları səhv yolda olub, imkansız arzulardan motiv alsalar da kimya elminə çox şey qazandırmışdırlar.

JOURNALS
Useful links