News
Bilirsinizmi?
Oct 09, 2017 | 12:18 / Interesting information
Read 4530 time (-s)

1933-cü ildə fransız radiokimyaçısı Marqaret Pere (1909-1975) uran-235 izotopunun parçalanma məhsullarında yeni radioaktiv element kəşf etdi. Tədqiqatçı onu öz vətəninin şərəfinə fransium adlandırdı.

Fransium dövri sistemin sol aşağı küncündə yerləşdiyinə görə onda metallıq xassələri ən güclü olmalıdır. Məsələn, onun su ilə reaksiyası yarımqrupdakı qonşu qələvi metala – seziuma nisbətən daha şiddətli getməliydi. Amma buna əmin olmaq mümkün deyil. Fransiumun yüksək radioaktivliyi (ən uzunömürlü 223Fr izotopunun yarımparçalanma dövrü 21,8 dəqiqədir) onun təkcə praktiki istifadəsinə deyil, həm də bu elementin xassələrini öyrənməyə mane olur.

JOURNALS
Useful links