News
Bilirsinizmi?
Oct 09, 2017 | 10:40 / Interesting information
Read 2443 time (-s)

Flogiston maddənin yanması və parçalanması prosesini izah edən, kimya tarixində ilk teoremdir. Flogistos yunan sözü olub, yanan, yandırılan deməkdir. Bu nəzəriyyəni 1697-1703-cü illərdə alman həkimi Georg Ştal irəli sürmüşdür. Nəzəriyyə geniş yayıldı və onun sayəsində kimya əlkimyaçıları öz fikirlərindən tamamilə uzaqlaşdılar. Ştalın fikrincə, flogiston-maddi substant olub, istənilən yanan maddənin tərkib hissəsidir. O, maddənin yanması və ya qızdırılıb parçalanması zamanı əmələ gəlib hava ilə reaksiyaya daxil olaraq alov əmələ gətirir. Həmin dövrün görkəmli kimyaçılarından olan Mixail Lomonosov, Karl Şeyele, Cozef Pristli, Henri Kavendiş uzun müddət flogistonun alınması yollarını araşdırmışlar lakin bunu tapmağa nail olmamışlar. Məsələn, Lomonosov ehtimal edirdi ki, flogiston- kiçik hissəciklərdən (korpuskul) ibarət maddi cisimdir.
Flogiston nəzəriyyəsi 1775-ci ildə fransız kimyaçısı Antuan Lavuazyenin oksigeni kəşfi etməsilə iflas etmiş oldu və qüvvədən düşdü. Kömür, (karbon) yanıb oksigenlə birləşərək karbon-dioksidə CO2-yə çevrilir. Həmin bu qaz heç də flogiston deyil, o həmçinin magnezium və kalsium karbonatlarının közərdilməsindən də alınır.

JOURNALS
Useful links