News
Photo
Institutun Həmkarlar Təşkilatı Komitəsinin Hesabatı dinlənildi
Sep 27, 2017 | 12:55 / Conferences, assemblies
Read 4529 time (-s)

27 sentyabr 2017-ci il tarixində  AMEA  akademik M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatı Komitəsinin Hesabat seçki konfransı keçirildi. AMEA-nın vitse –prezidenti,  İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclası açaraq  gündəliklə bağlı  konfrans  iştirakçılarını məlumatlandıraraq  bildirdi ki, bu gün Həmkarlar Təşkilatı Komitəsinin 2012-2017-ci illər üzrə hesabatı dinləniləcək. Bundan başqa Həmkarlar Təşkilatının yeni tərkibi və sədrinin seçilməsi iclasın gündəliyinə daxildir.

İnstitutun Həmkarlar Təşkilatı Komitəsinin sədri, professor Arif Əfəndi  2012-2017-ci illər üzrə hesabat məruzəsi ilə çıxış etdi və bu illər ərzində görülən işlər barəsində ətraflı məlumat verdi. Sonra  Həmkarlar Təşkilatı Nəzarət Təftiş komissiyasının sədri, kimya üzrə elmlər doktoru  Əli Yaqubovun 2012-2017-ci illər üzrə hesabatı dinlənildi.

Daha sonra hesabat geniş müzakirə olundu. Çıxış edənlər- k.ü.f.d. Vaqif Qasımov, k.ü.e.d. Elza Salahova, k.ü.f.d. Faiq Məmmədov, mühəndisi Sima Əliyeva və başqaları həmkarlar təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu bildirdilər və hesabatın qəbul olunmasını təklif etdilər.

Sonra Həmkarlar Təşkilatı Komitəsinin yeni tərkibi və sədri , eləcə də Nəzarət Təftiş komissiyasının yeni tərkibi açıq səsvermə yolu ilə seçildi. Bundan başqa AMEA Azad Həmkarlar İttifaqının VII qurultayına nümayəndələr seçildi.  

JOURNALS
Useful links