News
Bilirsinizmi?
Sep 27, 2017 | 12:00 / Interesting information
Read 3508 time (-s)

Yəqin ki, E422 kodlu qida əlavəsi sizə tanışdır. Biz bu kodu dükandan aldığımız bir çox məhsulların qabı üzərində görə bilərik. Bu birləşmənin adı qliserindir. Gəlin onu daha yaxından tanıyaq.

Qliserin üçatomlu spirtlərin ilk nümayəndəsidir. Onun üç atomlu spirt hesab edilməsi molekulunda üç hidrooksid qrupunun olması ilə bağlıdır. Otaq temperaturunda saf qliserin özlü, rəngsiz, şirintəhər mayedir. Bu birləşmə sabun və bioyanacaq istehsalında yan məhsul kimi əmələ gəlir. Sintetik üsulla onu propilendən alırlar. Məlumat üçün qeyd edək ki, hər il ABŞ və Avropada istehsal olunan 950 000 ton qliserin məhz bu üç üsulla alınır.

Bu birləşmə öz geniş tətbiqini qida sənayesində tapmışdır. Sirin dadına görə onu bəzi içkilərin tərkibinə qatırlar. Onun şirinliyi saxarozadan 40 faiz daha azdır. Hiqroskopik xassəyəmalik olması onun nəmləndirici kremlərdə tətbiqinə geniş yol açıb. Belə ki, o mühitdəki nəmi özünə çəkmək xüsusiyyətinə malikdir. Biz bu birləşməyə həmçinin diş pastalarının, dəriyə qulluq vasitələrinin  tərkibində də rast gələ bilərik.

Qliserinin daha bir tətbiqi onun antifriz kimi istifadəsidir. Tərkibindəki hidrooksid qrupları sayəsində o su molekullarını özünə birləşdirib, suyun donma temperaturunu aşağı salır. 60 faizli qliserin məhlulunun donma tepmeraturu -45°C yə qədər azaldır. Bildiyimiz kimi bu xüsusiyyət ikiatomlu spirt olan etilenqlikolda da var, o da suyun donma temperaturunu aşağı sala bilir. Qliserinin zəhərli olmaması onun bu sahədə tətbiqini genişləndirir. Etilenqlikol isə olduqca zəhərlidir. 225 ml 50 faizli etilenqlikol məhlulu 80 kiloqramlıq normal insanı öldürə biləcək təsirə malikdir. Lakin hətta daha yüksək miqdarla da zəhərlənmə zamanı zərərçəkəni xilas etmək olar. Yetər ki, vaxtında müdaxilə olunsun.

Qliserin partlayıcı istehsalı üçün xammallardan biridir. Ondan dinamitlərin hazırlanması üçün istifadə olunan nitroqliserin adlı çox güclü partlayıcı maddə alınır. Nitroqliserin sulfat turşusu iştrakı ilə qliserinin nitrat turşusu ilə nitrolaşmasından alınır. Fiziki xassələrinə görə o yağlıtəhər maddədir. Zəhərlidir. Qızdırıldıqda, damladıldıqda hətta öz konteynerinin təzyiqi altında sıxıldıqda partlayır. Dinamit istehsalında o uducu maddələrə hopdurulur, beləcə onun titrəyişdən partlamasının qarşısı alınır. 

Bioyanacaq istehsalı zamanı çoxlu qliserin əmələ gəlir, bu səbəbdən qliserinin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir.

JOURNALS
Useful links