Sep 20, 2017 | 10:00 / Interesting information
Metil spirti spirtli ickilərin tərkibində olan etil spirtindən dad və qoxusu ilə fərqlənmir, lakin insan orqanizmi üçün təhlükəlidir. Metanol hətta çox az miqdarda istifadə olunsa korluğa gətirib çıxarır, 30ml-dən çox miqdarı isə ölümlə nəticələnə bilər: Bununla da metil spirti ilə zəhərlənməni ya bilməməklə, ya da saxta spirtdən istifadə etməklə izah etmək olar. Maraqlidir ki, belə zəhərlənmə zamanı antidot kimi etil spirtindən istifadə olunur. Bu isə onunla əlaqədardır ki, orqanizmdə hər iki spirtin əlaqə prosesi eyni bir ferment vasitəsilə alkoqoldihidrogenaz iiştirakı ilə baş verir və bu ferment isə etanolla daha tez reaksiyaya girir. Nəticədə, ferment tükənir və metanol əsasən parcalanmamış qalır. Bunun nəticəsində qanın tərkibində onun zərərli parcalanma məhsullarının miqdarı daha az olur.