News
Photo
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi
Sep 19, 2017 | 12:39 / Conferences, assemblies
Read 7746 time (-s)

Sentyabrın 19-da saat 11-də Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutunun direktoru, akademik Dilqəm Tağıyev açdı. O, Moskva Dövlət Universiteti ilə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu arasındakı əlaqələrdən danışaraq bildirdi ki,  professor Şevelkov Andrey Vladimiroviçin Bakıya dəvət olunmasında məqsəd "Qeyri-üzvi sintez və materialşünaslıq" sahəsində elmi əlaqələrin daha da inkişaf etdirilməsi, bu sahədə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə etməkdir. Akademik qeyd etdi ki, professor Şevelkov qeyri-üzvi kimya sahəsində dünyada tanınmış alimlərdən biridir və  o, Moskva Dövlət Universitetinin “Qeyri-üzvi kimya” kafedrasının müdiri olmaqla yanaşı, həm də “Qeyri-üzvi sintez” laboratoriyasının müdiridir.

Sonra Moskva Dövlət Universitetinin “Qeyri-üzvi kimya” kafedrasının müdiri prof. Şevelkov Andrey Vladimiroviç “Dəmirin güclü elektron korrelyasiyalı birləşmələri: yeni dəmir dövrünə doğru” mövzusunda  məruzə ilə çıxış etdi. Məruzə ətrafında geniş müzakirələr aparıldı və sonda alimə maraqlı məruzə üçün təşəkkür olundu.  

JOURNALS
Useful links