News
Alimlər antibakterial sabunun komponentlərinin təhlükəli maddələr olduğunu bildiriblər
Jun 22, 2017 | 11:00 / Interesting information
Read 4798 time (-s)

Alimlər məşhur antibakterial sabunun sağlamlıq üçün təhlükəli olduğunu dəfələrlə demişdilər. Burda təhlükəli olan antibakterial və köbələyə qarşı agent kimi istifadə olunan triklozan və triklokarbandır. Onların təsiri ilə qida allergiyası və kontakt dermatitin əmələ gəlməsi riski artır. Siçanlar üzərində test ediləndən sonra məlum oldu ki, triklozan hormonal dəyişikliklərə gətirib çıxardır. Ətraf mühitə çirkab suları ilə daxil olan triklozan orada təhlükəli miqdarda toplanır. Alimlər yalnız həqiqətən lazım olan hallarda antibakterial komponentlərdən istifadə etməyi tövsiyə edirlər.

Koreyada edilən bir araşdırma göstərdi ki, adi sabun antibakterial sabun kimi 20 müxtəlif bakteriyanın ştamlarının öhdəsindən effektiv şəkildə gələ bilir.

JOURNALS
Useful links