News
Zinin Nikolay Nikolayeviç
Jun 20, 2017 | 12:55 / Interesting information
Read 3567 time (-s)

Rus kimyaçısı- üzvi kimya, Peterburq Elmlər Akademiyasının akademik idi. O, 13 (25) avqust 1812 ildə Şuşa şəhərində anadan olmuşdur.

Onun elmi araşdırmaları üzvi kimyaya həsr olunmuşdur. O, benzaldehiddən benzoinin və benzoinin oksidləşməsi ilə benzilin alınması metodlarını işləyib hazırlamışdır. Bu benzoinin ilk dəfə kondensasiyası idi. Bu isə aromatik ketonların alınmasının universal üsullarından biridir. Alim ilk dəfə benzil turşusunu sintez etmişdir. O, aromatik nitrobirləşmələrin reduksiya reaksiyasını kəşf etdi. Bu isə yeni kimya sənayesi sahəsi olan anilorəng sənayesinin əsasını qoydu. Bu yolla alim anilin,  α- naftilamin, м- fenilendiamin, dezoksibenzoin və benzidini aldı. O göstərdi ki, aminlər - əsaslardır və onlar müxtəlif turşularla duzlar əmələ gətirə bilir.

Alim yod və kalium rodanit əsasında “uçucu xardal yağı” adlanan izotiosiyan turşusunun allil efirini aldı.

1860-cı ildə Zinin dixlor- və tetraxlorbenzol, tolan və stilben adlanan maddələri almışdır. Nikolay Nikolayeviç Zinin  6 (18) fevral 1880 ildə Sankt –Peterburq şəhərində vəfat etmişdir.

JOURNALS
Useful links