News
PhotoVideo
Elmi Şuranın iclası keçirilmişdir
Mar 31, 2017 | 12:05 / Conferences, assemblies
Read 7372 time (-s)

31 mart 2017-ci il tarixində  İnstitutun Elmi Şurasının iclası keçirilmişdir. Öncə 31 mart Azərbaycanlıların soyqırımı qurbanları  bir dəqiqəlik sükütla yad edildi. İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq şura üzvlərini gündəlikdəki mələlələrlə  tanış etdi. Gündəlikdəki ilk məsələ Milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn vəzifələrin həlli istiqamətində görüləcək işlərin müzakirəsinə həsr olunmuşdur.

Akademik bildirdi ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 dekabr 2016-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdir. Stateji Yol Xəritəsi Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş 11 sektorun dayanıqlı inkişafını təmin edəcək məsələləri əhatə edir. Nəzərdə tutulan tədbirlər planında elmi-tədqiqat fəaliyyətinin inkişafı və biliklərə əsaslanan cəmiyyət quruculuğunun dəstəklənməsi, innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi, insan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji infrastrukturun təkmilləşdirilməsi kimi məsələlərin həllinin reallaşdırılması  əsas icraçı kimi Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilmişdir.  Bu məsələlərin həllində bizim institut da, yaxından iştirak etməli, öz təkliflərini verməlidir. 

D.Tağıyev “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin institutun qarşına müəyyən vəzifələr qoyduğunu vurğuladı. Akademik bildirdi ki, bununla əlaqədar olaraq, institutda aparılan elmi-tədqiqat işləri, Milli iqtisadiyyatımızın inkişafına təkan verən istiqamətlərə yönəldilməlidir. Bununla əlaqədar olaraq əsas prioritet istiqamətlər kimi diqqəti  ölkənin müdafiə qüdrətini artırmaq istiqamətində  elmi-tədqiqat işlərinin genişləndirilməsi, Respublikaya idxal olunan kimya məhsullarının yerli xammalla əvəz olunması sayəsində tədqiqat işlərinin aparılması, alternativ enerji məsələləri ilə baglı təkliflərin verilməsi və s. kimi məsələlərə yönəltmək lazımdır. Bundan başqa hazırda fəaliyyət göstərən kimya müəssisələri ilə, eləcə də AMEA-nın YTP-ı ilə əlaqələrin genişləndirilməsi vacibdir. Akademik Dilqəm Tağıyev bildirdi ki, qeyd olunanlar 2018- 2020-ci illərdə aparılacaq elmi - tədqiqat işlərində nəzərə alınmalıdır. Qeyd olunan məsələlərlə bağlı Şura üzvləri öz fikirlərini bildirdilər və təkliflərini verdilər.

Sonra institutun direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı hazırda elan olunan qrant müsabiqələri ilə baglı ətraflı məlumat verdi.

Daha sonra institutun  iki əməkdaşına dosent elmi adının verilməsi barəsində gizli səsvermə keçirildi və  Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul edildi.

JOURNALS
Useful links