News
MDU-nun kimyaçıları humin maddələrində karboksil qruplarının paylanmasını öyrəniblər
Mar 30, 2017 | 09:10 / Interesting information
Read 3561 time (-s)

MDU- nun kimya fakültəsinin əməkdaşları humin maddələrinin xassələrinin formalaşmasında əsas rol oynayan,  karboksil qruplarının müxtəlif humin maddələrinin molekulyar fəzasında paylanmasını öyrənmişlər. Tədqiqatın əsas nəticəsi Van-Krevelen diaqramında təqdim olunmuşdur. Müəyyən edilmişdir ki, humin maddələrində yaxın molekulyar tərkibə malik olan identifikasiya olunmuş birləşmələr əmələ gəlmə məmbəyindən asılı olmayaraq, eyni sayda karboksil qruplarına malikdirlər. Tədqiqatın nəticəsi “Analytical Bioanalytical Chemistry”  jurnalında çap olunmuş məqalədə verilmişdir. 

JOURNALS
Useful links