News
Elektron siqaretlərdə yüksək səviyyədə qurğuşun çıxıb
May 26, 2023 | 09:54 / Interesting information
Read 530 time (-s)

Böyük Britaniyada aparılan bir araşdırma göstərib ki, elektron siqaretlərdə qurğuşun səviyyəsi iki dəfədən çox, nikel isə doqquz dəfə çoxdur. 

Böyük Britaniyanın Kidderminster bölgəsindəki Baxter Kollecinin tələbələrinin elektron siqaretləri Liverpuldakı Inter Scientific laboratoriyasında sınaqdan keçirilib. Nəticələr göstərib ki, elektron siqaretlərdə təhlükəsiz qurğuşun səviyyəsindən iki dəfədən çox, nikel isə doqquz dəfə çoxdur. 

Həmçinin müəyyən edilib ki, bəzi cihazlarda elektron mayedə qızdırıldıqda parçalanan karbonillər, yəni birləşmələr on dəfədən artıqdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüksək miqdarda qurğuşuna məruz qalma beyin və mərkəzi sinir sisteminin inkişafına təsir göstərə bilər. Böyük Britaniyada 18 yaşından kiçik hər kəsə elektron siqaret satmaq qeyri-qanunidir, lakin YouGov-un keçən ay keçirdiyi sorğu göstərib ki, 11-17 yaşlı gənclərin 11,6 faizi tərkibində nikotin olan məhsullardan istifadə edirlər. 

Laboratoriyada kollecdəki elektron siqaretlərin əksəriyyətinin qanunsuz olduğu və satışdan əvvəl sınaqdan keçirilmədiyi də müəyyən edilib.

JOURNALS
Useful links