News
AMEA-nın Nizamnamə Komissiyasının sədri və yeni tərkibi seçilib
Mar 17, 2023 | 09:47 / Important events
Read 671 time (-s)

AMEA-nın martın 16-da keçirilən Ümumi yığıncağında Nizamnamə Komissiyasının sədri və yeni tərkibinin seçilməsi məsələsi də müzakirə olunub.

Açıq səsverməyə əsasən, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Nizamnamə Komissiyasının sədri seçilib.

Akademiklər Telman Əliyev, İsmayıl Hacıyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, h.e.d. Habil Qurbanov, b.e.d. Ulduz Haşımova, h.e.d. Nazim Cəfərli, tex.ü.f.d. Hüseyn Hüseynov, Kamal Əliyev və f.ü.f.d. Ağahüseyn Şükürov isə komissiyanın üzvü seçiliblər.

JOURNALS
Useful links