News
Photo
BDU-nun tələbələri 1-3 mart tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçdilər
Mar 03, 2023 | 11:45 / Meetings
Read 1645 time (-s)

İnstitutun əməkdaşı k.ü.f.d.,dos. Şərafət Məmmədov tələbələrə arsen 3-sulfidin sintezi haqqında məlumat verdi və sintez prosesi zamanı əmələ gələn kükürdün buxar təzyiqinin qarşısının alınmasını izah etdi və əyani göstərdi.

“Analitik kimya” laborato­riyasında müasir analitik kimyada metalların təyini üçün yeni üsulların işlənilməsi haqqında məlumatı dosent Namiq İsmayılov, üzvi-reagentlərin sintezi haqqında məlumatı isə dosent Mələk Ağamalıyeva verdi, əyani olaraq təcrübələr göstərildi.

Professor İmir Əliyev laboratoriyada  içərisində tədqiqat aparılan ampulaların sorucu cihazda havasının sorulması prosesinin gedişi və alınan nümunələrin (DTA) termiki analiz üsulu ilə və digər fiziki-kimyanın analiz metodu ilə təyin edilməsi haqqında məlumat verdi.

Tələbələr laboratoriya şəraitində  Pb elektrodlu biomimetik sensorun katalaz aktivliyinin öyrənilməsi istiqamətində təcrübələr apardılar. Mineral sorbentlər laboratoriyasında təbii alümosilikatlar əsasında mineral sorbentlərin alınması prosesi əyani olaraq tələbələrə göstərildi və izah edildi.

JOURNALS
Useful links