News
Photo
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun IV kurs tələbələri elmi – tədqiqat təcrübəsi keçirlər.
Mar 01, 2023 | 09:30 / Education
Read 1507 time (-s)

K.ü.f.d.,dos. Lətifə Həsənova tələbələrə kohorent-sinxronlaşdırılmış oksidləşmə proseslərinin aparıldığı axınlı reaktor sisteminə malik  laboratoriya qurğusunun iş prinsipi  haqqında məlumat verdi. Maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri tələbələrə əyani göstərildi və izah edildi.

K.ü.f.d..dos. Sevil Cəfərova yerli filiz tullantılarının oksalat turşusu ilə işlənməsi prosesi və həllolma zamanı alınan məhluldan dəmirin çixarılması, k.ü.f.d.,dos. Aygün Rüstəmova ferrosen-bentonit əsasında katalizatorların sintezi və heteronüvəli FeMnCp2X2O/bentonit (X=Cl,Br) əsaslı katalizatorların sintezi, faza tərkibinin tədqiqi, k.ü.f.d..dos. Sevda Fətullayeva  qeyri-toksikliyi,bioloji,ekoloji və fizioliji xassələri ilə praktik tibbdə fəal şəkildə istifadə olunan və çoxsaylı metal ionları ilə komplekslər əmələ gətirən təbii və sintetik polimerlər əsasında effektiv sorbentlər hazırlanması və onların fiziki-kimyəvi xassələri öyrənilməsi haqqında məlumat verdilər. Hal-hazırda tələbələrin iştirakı ilə sintez olunmuş polimerin nəmliyi  təyin olunur.

JOURNALS
Useful links