News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının qurbanları anılıb
Feb 24, 2023 | 18:00 / Conferences, assemblies
Read 1293 time (-s)

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda  canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev tədbirdə çıxış edərək 26 fevral 1992-ci ildə Xocalıda baş verən hadisələrin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, böyük qətliam və cinayət olduğunu qeyd edib. Xocalıda erməni faşistlərinin kimliyindən asılı olmayaraq, azərbaycanlı olan hər kəsi amansızlıqla qətlə yetirdiklərini bildirən baş direktor qırğınların törədilməsində məqsədin Azərbaycan xalqının gözünü qorxutmaq və iradəsini sındırmaq olduğunu deyib: “Xalqımıza qarşı çoxsaylı qırğınların törədilməsinə, əzəli torpaqlarımızın işğal olunmasına baxmayaraq, Azərbaycan xalqı hər zaman bu torpaqların  azad olunacağına inanıb. 44 günlük savaşda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın igid övladları qanları, canları bahasına 30 illik işğalda olan Qarabağı azad etdi, xalqımızın tapdanan qürurunu geri qaytardı. Erməni vandallarının xalqımıza qarşı iki əsrdən çox həyata keçirdikləri  işğalçılıq əməllərinə 44 gün ərzində son qoyuldu, Xocalı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı”.

Akademik faciənin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə təbliğatın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsi, xüsusilə gəncləri bu işdə fəal olmağa səsləyib.

Sonra Azərbaycan Vətən müharibəsi veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, Xocalıda baş verən hadisələrin canlı şahidi, həmin hadisələri ilk fotolentə alan, Xocalı Soyqırımının Tanıtım  İctimai Birliyinin sədri Şamil Sabiroğlu qətliamın şahidi kimi öz gözləri ilə gördükləri hadisələr barədə ətraflı məlumat veriblər. İclasda həmçinin, Azərbaycan Vətən müharibəsi veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev də iştirak edib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, İnstitutun Qadınlar Şurasının sədri, Esmira Qulu-zadə, YAP-ın üzvü, böyük elmi işçi Bilqeys İsmayılova, Gənc Alimlər Şurasının üzvü, elmi işçi Aygün İsazadə ermənilərin Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışıblar.

JOURNALS
Useful links