News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda I və II kurs magistrantların attestasiyası keçirildi.
Feb 21, 2023 | 12:29 / Education
Read 1324 time (-s)

08.02.2023-cü il tarixli 39 №li əmrlə yaradılmış Attestasiya komissiyasının iştirakı ilə 21 fevral 2023-cüi il tarixində Institutda “Kimyəvi kinetika və kataliz”, “Qeyri- üzvi kimya”, “Fiziki-kimya” və “Kompozisiya materialları kimyası” ixtisaslaşmaları üzrə təhsil alan I və II kurs magistrantların attestasiyası keçirildi.

Attestasiya komissiyasının üzvləri 4 ixtisaslaşma üzrə 18 tələbənin fərdi iş planlarını yoxlayıb, qış imtahan sessiyasında topladıqları balları, onların çıxışlarını, verilən suallara cavablarını, elmi rəhbərlərin fikirlərini və dərc olunmuş elmi əsərləri haqqında məlumatları aldılar.

Komissiya İnstitutda təhsil alan I və II kurs magistrantların qış imtahan sessiyasını müvəffəqiyyətlə bitirdiklərini və apardıqları elmi-tədqiqat işlərinin plan üzrə yerinə yetirdiklərini nəzərə alaraq, görülən işləri qənaətbəxş hesab etdilər.

JOURNALS
Useful links