News
Photo
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AzTU-nun magistrları elmi – tədqiqat təcrübəsi keçirlər.
Feb 20, 2023 | 09:50 / Education
Read 1361 time (-s)

AzTU-nun 060649 “Ekologiya mühəndisliyi” ixtisaslaşması üzrə  təhsil alan II kurs magistrları 16.02.23 – 16.03.23-cü il tarixinə kimi institutun “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi”, “Fiziki-kimyəvi texnologiyalar və onların  modelləşdirilməsi” və “Kimya sənayesinin yan məhsullarının emalı” laboratoriyalarında elmi-tədqiqat təcrübəsi keçəcəklər.

17.02.23 –cü ildə magistrlara t.ü.f.d., dosent  Manaf  Manafov Neft hasilatı sahəsinin ekoloji monitorinqində birbaşa ölçmə nəticələtinin xətasının təyin edilməsi metodikası, t.ü.f.d.,dosent Qoşqar Əliyev Neft-qaz hasılatı sahəsində dolayısı ölçmələrdə mütləq və nisbi xətaların tapılması üsulları, k.ü.f.d. Qurban Hacıyev Maye karbohidrogenlərin xromatoqrafiq üsulla təyini metodikası haqqında müəyyən məlumatlar verdilər.

Elmi-tədqiqat təcrübəsi növbəti günlərdə də davam edəcək.

JOURNALS
Useful links