News
İrsi böyrək xəstəliyi olan uşaqlar üçün mühüm kəşf
Jan 30, 2023 | 09:54 / Interesting information
Read 610 time (-s)

İrsi böyrək xəstəliklərində 5 yeni gen təyin edən və fərqli müalicə strategiyaları ilə onları inkişaf etdirən Hacettepe Universitetinin müəllimi, professor Fatih Özaltın elmi arenada Türkiyənin nüfuzunu artırmağı hədəfləyir.

Aztibb.az xəbər verir ki, 2022-ci ilin TÜBİTAK Elm Mükafatının qalibi olan prof. Fatih Özaltının böyrək xəstəliklərinin müalicə üsullarının inkişafı məqsədilə apardığı araşdırmalar irsi böyrək xəstəliyi olan uşaqlar üçün bir ümid işığıdır. 

Belə ki, o, irsi böyrək xəstəlikləri sahəsində yeni genlərin xəstəliyə təsirini qiymətləndirib. 

Türkiyəli professor 2022-ci ildə TÜBİTAK Elm Mükafatı qazandıran bu araşdırmanın nadir böyrək xəstəliklərinin müəyyən edilməsi və müalicə strategiyalarının hazırlanması baxımından mühüm olduğunu vurğulayıb.

JOURNALS
Useful links