News
Qidaların zərərlərinə dair şifrələri açan alimə TÜBİTAK mükafatı verilib
Jan 26, 2023 | 10:00 / Interesting information
Read 695 time (-s)

Türkiyənin Hacettepe Universitetinin professoru Vural Gökmen kanserogenlər və digər qidaların duyğulara təsiri ilə bağlı antioksidantlara dair kəşfləri ilə dünya qida mühəndisliyi ədəbiyyatının zirvəsinə yüksəlib və TÜBİTAK mükafatına layiq görülüb.

Aztibb.az xəbər verir ki, araşdırmalardan biri istiliklə işlənmiş qidalarda akrilamid və buna bənzər kanserogen maddələrin əmələ gəlməsi ilə bağlıdır.   

Alim tədqiq edib ki, sadə şəkər və amin turşusunu birləşdirib 150-200 dərəcə istilikdə bir neçə dəqiqə qızdırsanız, artıq bu iki maddədən 1000 yeni maddə əmələ gəlir və onlardan 40-ı kanserogendir.  

Kanserogen maddələrin ən məşhurunun akrilamid olduğuna diqqət çəkən alim, bu maddənin kəşfindən 20 il keçməsinə baxmayaraq hələ də elmi ictimaiyyətin gündəmini zəbt etdiyini bildirib. 

O, tədqiqat qruplarının akrilamidin əmələ gəlməsi ilə bağlı beynəlxalq ədəbiyyata töhfə verən araşdırmalar apardığını bildirib. 

JOURNALS
Useful links