News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının və BDU-nin kafedra müdirin k.e.d. Yasin Cəfərovun “Халькогениды таллия-сурьмы (висмута) и твердые растворы на их основе” adlı kitabı nəşr olunmuşdur
Dec 28, 2022 | 13:10 / Publications
Read 749 time (-s)

Monoqrafiyada Te-Sb (Bi) - xalkogen, üçlü sistemlərin faza tarazlığının və termodinamik xassələrinin hərtərəfli tədqiqinin nəticələr təqdim olunub. Həmçinin, ilk dəfə olaraq tallium və sürmə (bismut) xalkogenidləri əsasında çoxkomponentli sistemlərin faza diaqramları və alınmış eksperimental məlumatları ümumiləşdirməklə onlarda faza tarazlığının və faza əmələgəlmənin müəyyən qanunauyğunluqları verilib.

Kitab termodinamik funksional qeyri-üzvi materiallar və fiziki-kimyəvi tədqiqatlar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Я.И.Джафаров, М.Б.Бабанлы, “Халькогениды таллия-сурьмы (висмута) и твердые растворы на их основе”. Баку, издательство "Elm", 2022, 320 c.

JOURNALS
Useful links