News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
Nov 14, 2022 | 14:00 / Conferences, assemblies
Read 1614 time (-s)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının elmi işçisi Sevinc Javadova 11-12 noyabrda Türkiyənin İKSAD institutunun rəhbərliyi ilə Azərbaycan Texniki Universitetində keçirilən International Conference on Engineering Sciences konfransında “OPTIMAL MODE FOR OBTAINING Bi2Se3 THIN FILMS BY ELECTROCHEMICAL METHODadlı məruzə ilə çıxış etmişdir.

Məruzə termoelektrik material, topoloji izolyator kimi tanınan Bi2Se3 yarımkeçirici nazik təbəqələrinin sintezinə həsr edilmişdir. Bu məqsədlə, optimal elektrolit tərkibini təyin etmək üçün qalvanostatik rejimdə çökdürülmüş Bi2Se3 təbəqələrinin tərkibinə müxtəlif amillərin (başlanğıc komponentlərinin qatılığı, temperatur, cərəyan sıxlığı, elektroliz müddəti) təsiri tədqiq edilmişdir. Təcrübələr Ni elektrodu səthində aparılmışdır. Nəticələr göstərir ki, cərəyan sıxlığı və H2SeO3 qatılığının artması ilə nazik təbəqələrdə bismutun miqdarı azalır. Elektrolitin temperaturu, Bi(NO3)3·5H2O qatılığı və elektroliz müddətinin artması ilə nazik təbəqələrdə bismutun miqdarı artır. Alınan nəticələr əsasında stexiometrik tərkibə yaxın Bi2Se3 nazik təbəqələrinin alınması üçün elektrokimyəvi çökmənin optimal rejimi və elektrolitin tərkibi seçilmişdir. Elektrolit tərkibi (mol/l): 0,07 Bi(NO3)3 ×5H2O + 0,03H2SeO3 + C6H8O7; T = 298 K; cərəyan sıxlığı 2,5 A/dm2; elektroliz müddəti 10 dəq.

JOURNALS
Useful links