News
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub.
Oct 20, 2022 | 14:00 / Publications
Read 1024 time (-s)

Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları – professor Etibar İsmayılov, professor Akif Əliyev, Radiasiya Problemləri İnstitutunun dosenti Rəşid Qasımov və Dağıstan Dövlət Universitetinin laboratoriya müdiri, k.ü.f.d. Fərid Orucovun rəhbərliyi altında çalışan qrupun “Web of Science” beynəlxalq indeksləşmə bazasına daxil olan impakt faktoru – 4.927 olan “Molecules” jurnalında “Morphotropic Phase Boundary Enhanced Photocatalysis in Sm Doped BiFeO3” adlı məqaləsi dərc olunub. Jurnal Q1 kvartilli jurnallar siyahısına daxildir.

Tədqiqat işində samarium aşqarlı bismut ferrit (BFO) nanohissəciklərinin sintezinin nəticələri təqdim olunmuşdur. Nanohissəciklərin tərkibində BFO xassələrinin samariumun (Sm) miqdarından asılılığı öyrənilmişdir. Sintez edilmiş nanokompozitlər SEM skanedici elektron mikroskopiya, rentgen şüalarının difraktometriyası (XRD), Raman səpilməsi, elektron diffuzion əksetdirmə spektroskopiyası (EDRS) və elektron maqnit rezonansı (EMR) analiz üsulları ilə xarakterizə edilmişdir. Fotokatalitik (PC) ölçmələr fotokatalitik aktivlik ilə kristallitin ölçüsü və qadağan olunmuş zolağın eni arasında güclü korrelyasiyanın olmasını göstərmişdir. 10 və 15% aşqarlı BFO nümunələrinin fotokatalitik aktivliyində artım müşahidə edilmiş və belə bir nəticəyə gəlinmişdir ki, aşqarlanmış BFO-da fotokatalitik xüsusiyyətlərə nəzarət edilərkən, morfotrop faza keçidinin sərhədlərində fazalararası polyarlaşma prosesləri həlledici əhəmiyyət kəsb edir. Güman edilir ki, bu sərhədlərdə əmələ gələn daxili elektrik sahəsi fotogenerasiya edilmiş yük daşıyıcılarının effektiv şəkildə ayrılmasına kömək edir.

 

Orudzhev, F.F.; Alikhanov, N.M.-R.; Ramazanov, S.M.; Sobola, D.S.; Murtazali, R.K.; Ismailov, E.H.; Gasimov, R.D.; Aliev, A.S.; Ţălu, Ş. Morphotropic Phase Boundary Enhanced Photocatalysis in Sm Doped BiFeO3Molecules, 202227, 7029.

https://www.mdpi.com/1420-3049/27/20/7029#cite

JOURNALS
Useful links